İyul 22, 2017 09:42 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiyanın XİN rəhbəri Amerikanın başçılığı altında " İŞİD-ə qarşı beynəlxalq koalisiya"-nın Suriyadakı Cəbhətünnüsrə terror qrupu ilə heç vaxt mübarizə aparmadığını bildirib və deyib: Amerikan koalisiya bu terrorçu qrupu mühafizə etməyə çalışır.

İRNA-nın verdiyi məlumata görə, Sergey Lavrov dünən Amerikanın NBC telekanalına verdiyi müsahibədə deyib: Amerikanın Cəbhətünnüsrə terror qrupu ilə mübarizəyə meyilsiz olduğuna görə Suriyada terrorçulara qarşı təşəbbüslərdə koordinasiya mövzusunda Rusiya ilə əldə olunmuş anlaşma məğlubiyyətə uğrayıb. 

Lavrov həmçinin Suriyada təhlükəsiz zonaların yaradılmasını bu ölkə böhranının həlli üçün önəmli layihə adlandırıb və bu layihənin icrası ilə terrorçu qruplar, o sırdadan da Cəbhətünnüsrə ilə daha təsirli mübarizəyə ümidvar olduğunu deyib. 

İran, Rusiya və Türkiyə 2017-ci il 4 mayda Astanada Suriya mövzusunda keçirilən müzakirələrin 4-cü mərhələsində Suriyada 4 təhlükəsiz zonanın yaradılması barədə razılaşma imzaladılar. Bu razılaşma İdlib, Homs şəhərinin şimal hissəsi , şərqi Qutə və Suriyanın cənub bölgələrini nəzərdə tutur. 

Suriyada 4 təhlükəsizlik zonasının yaradılması layihəsinin icrasına cari milad ili mayın 6-dan start verilib. 

Suriya böhranı 2011-ci il Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin, o sıradan Türkiyənin dəstək verdiyi terrorçu qrupların Suriyanın qanuni dövlətini devirmək üçün geniş hücumu ilə başladı. 

Teqlər