ABŞ Rusiyadan alınan raketlərə görə nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i277254-abŞ_rusiyadan_alınan_raketlərə_görə_nigarandır
ABŞ Ordusunun Baş Qərargan rəisi Türkiyənin Rusiyadan S-400 raket sistemi satın alması ehtimalından nigaran qaldığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2017 08:05 Asia/Baku
  • ABŞ Rusiyadan alınan raketlərə görə nigarandır
    ABŞ Rusiyadan alınan raketlərə görə nigarandır

ABŞ Ordusunun Baş Qərargan rəisi Türkiyənin Rusiyadan S-400 raket sistemi satın alması ehtimalından nigaran qaldığını deyib.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, General Cozef Danford şəngə günü Kolorado ştatında Aspen təhlükəsizlik iclasında etdiyi çıxışında deyib: Türkiyənin Rusiyadan S-400 raketləri alması Amerikanın reaksiyasına səbəb olacaq. 

Rusiyanın S-400 raket sistemi qısa və uzaq məsafədə hava hədəflərini məhv etməyə qadir olan  nəzərdə tutulmuş 3 fərqli raketi daşımağa qadirdir.  

İndiyədək Rusiya bu raket sisteminin Çinə satışı ilə razılaşıb və Türkiyə və Hindistana satışı barədə də müzakirələr davam edir.