İyul 28, 2017 10:08 Asia/Baku
  • Nigeraiyada Bokoharam onlarla adamı öldürüb
    Nigeraiyada Bokoharam onlarla adamı öldürüb

Terrorçu Bokoharam qrupu Nigeriyanın şimalında neft istismarı qrupuna hücum edərək onlarla adamı qətlə yetirib.

İRNA-nın verdiyi məlumata görə, Bokoharam qrupu bu gün səhər Nigeriyanın şimalında neft kəşfiyyatı və istismarı üzrə fəaliyyət göstərən qrupa hücum edərək 50 nəfəri öldürüb və bir neçə nəfəri yaralayıb. 

Ötən çərşənbə günündə də Bokoharam terror qrupunun silahlı üzvləri Nigeriya Milli Neft Şirkətinin 10 mühəndisini ölkənin şimalında oğurlayaraq naməlum yerə köçürmüşdür. 

2009-cu ildən başlanan Bokoharam terror qrupunun Nigeriyanın müxtəlif bölgələrinə hücumları indiyədək 3 milyondan çox insanın didərgin düşməsinə və minlərlə adamın ölümünə səbəb olub. 

Teqlər