İranın kosmik nailiyyəti Fransa medialarında
https://azeri.sahartv.ir/news/dünya-i277828-İranın_kosmik_nailiyyəti_fransa_medialarında
Fransa mediaları dünən İranda Simürq peyk daşıyan raketin sınaqdan keçirilməsini uğurlu qiymətləndiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 10:00 Asia/Baku
  • İranın kosmik nailiyyəti Fransa medialarında
    İranın kosmik nailiyyəti Fransa medialarında

Fransa mediaları dünən İranda Simürq peyk daşıyan raketin sınaqdan keçirilməsini uğurlu qiymətləndiriblər.

FransPress bildirib: İran cümə axşamı peyk daşıyan bir ədəd raketi uğurla sınaqdan keçirib. Bu xəbər elə bir şəraitdə yayılır ki son günlər İran Amerikanın sanksiyalarına qarşı ABŞ-a xəbərdarlıq etmişdi. 

Le Fiqaro qəzeti də yazır ki, İran elə bir şəraitdə bu kimi uğurlu sınaq həyata keçirib ki, ABŞ senatı iyulun 25-də Rusiya, Şimali Koreya və İrana qarşı yeni sanksiyalar qəbul etdi. 

Amerikanlar İranın raket sınaqlarının BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğu qənaətindədirlər. Lakin Avropa Birliyi xarici siyasət koordunatorunun sözçüsü Nabila Masrali İranın raket sınağının nüvə razılaşmasını pozmadığını bildirib.