İyul 29, 2017 17:36 Asia/Baku
  • Anomal istilər Fransada ölüm hallarını artırdı

Fransanın Ümumi Səhiyyə Təşkilatı iyun ayının sonlarından ölkəyə hakim kəsilən anomal istilər nəticəsində 580 nəfərin həyatını itirdiyini bildirib.

Lu Fiqaro qəzetinin yazdığına görə, Fransanın Ümumi Səhiyyə Təşkilatı bildirib: İyun ayının 17-dən 25-nə kimi olan günlər ərzində Fransa xalqı çox kəskin isti havaya məruz qalıb və havanın temperaturu təhlükəli səviyyə olan sarı və narıncı səviyyəsinə yüksəlib.

2015-ci ildə də Fransa ilin ən isti günlərində yəni 29 iyun və 5 iyul aralığında 700  nəfərin isti hava şəraitinə görə həyatını itirməsinin şahidi olmuşdu.

Teqlər