Rusiya ABŞ-ın casusluq uçuşlarını izləyir
https://azeri.sahartv.ir/news/dünya-i278122-rusiya_abŞ_ın_casusluq_uçuşlarını_izləyir
Qərbin, o cümlədən ABŞ-ın hərbi casusluq təyyarələrinin Rusiya ərazisi yaxınlığında təkrarlanan uçuşları Rusiya radarları və qırıcı təyyarələri tərəfindən izlənilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 04:27 Asia/Baku
  • Rusiya ABŞ-ın casusluq uçuşlarını izləyir
    Rusiya ABŞ-ın casusluq uçuşlarını izləyir

Qərbin, o cümlədən ABŞ-ın hərbi casusluq təyyarələrinin Rusiya ərazisi yaxınlığında təkrarlanan uçuşları Rusiya radarları və qırıcı təyyarələri tərəfindən izlənilib.

İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bazar günü bir bəyanatda bildirib: Ötən bir həftədə 23 xarici təyyarə Rusiya sərhədləri yaxınlığında casusluq uçuşları keçirib. 

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, ötən bir həftə ərzində heç bir hərbi təyyarə Rusiya hava zolağını pozmayıb. 

ABŞ-ın Rusiya əleyhinə casusluq uçuşları son aylarda artıb və hələ də davam edir.