Brexit nəticəsində Britaniyada 40 min iş yeri bağlanır
-
Brexit nəticəsində Britaniyada 40 min iş yeri bağlanır
Britaniyada bir müşavirə şirkəti bu ölkənin Avropa Birliyindən çıxmasının Britaniyanın maliyyə və bank sektoruna mənfi nəticələri barədə xəbərdarlıq edib.
Röytersin verdiyi məlumata görə, Oliver Vayman müşavirə şirkəti bildirib: Britaniyanın AB-dən çıxması ilə maliyyə və bank sektorunda 40 mindən çox iş yeri bağlanacaq. Bunun qarşısını almaq üçün Britaniya AB-dən çıxmaq prossesini yumşaq formada həyata keçirməlidir.
Bu məlumata görə, Britaniya bankları brexitdən sonrakı dövr üçün ən pis şəraitə hazırlaşırlar. 2019-cu ildən sonra onlar AB bazarlarını tam itirəcəklər.
Britaniya xalqı 2016-cı il iyunun 23-də bu ölkənin Avropa Birliyindən çıxmasına səs verdi. Britaniyanın AB-dən çıxması müzakirələrinə start verilib və 2019-cu il bu prossesin yekunlaşacağı ili təyin olunub.