Venesuela Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i278400-venesuela_amerikanın_bu_ölkəyə_qarşı_hədələrini_tənqid_edib
Venesuelanın nazirlər şurası Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 10:56 Asia/Baku
  • Venesuela Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib
    Venesuela Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib

Venesuelanın nazirlər şurası Amerikanın bu ölkəyə qarşı hədələrini tənqid edib.

Hispan TV-nin məlumatına görə, Venesuelanın vitse-prezidenti Tariq Ələysəmi dünən bu ölkənin paytaxtı Karakasda Amerikanın Venesuela prezidentinə qarşı yeni sanksiyalarını imperialist hərəkət adlandırıb.

Ələysəmi Vaşinqtonun ardıcıl müdaxilələri qarşısında Venesuelanın istiqlaliyyətinin müdafiəsinə təkid edərək, əlavə edib: Venesuela prezidenti Nikolas Madoro heç vaxt Amerikaya təslim olmayacaq.

İyulun 31-də Amerikanın maliyyə nazirliyi Venesuelada məclisi-müəssisan seçkilərinin keçirilməsi bəhanəsilə bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi.

Ağ Ev məclisi-müəssisan seçkilərində iştirak edənləri də sanksiyalarla təhdid edibdir.

Venesuela dövləti bu qənaətdədir ki, məclisi-müəssisanın təşkili venesuelalı müxaliflərin zorakılıq hərəkətləri qarısında sülh və dialoqa zəmanət verəcəkdir.

Venesuela ötən aprel ayından bəri bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyən qərbpərəst müxaliflərin geniş aksiyalarının şahididir.