Moskva: İran, Rusiya və Türkiyənin layihəsi stabilliyə səbəb olur
-
Moskva: İran, Rusiya və Türkiyənin layihəsi stabilliyə səbəb olur
Rusiya prezidentinin Orta şərq üzrə nümayəndəsi Moskvada Suriyanın səfiri ilə görüşündə Tehran, Moskva və Ankaranın Suriyada təhlükəsiz zonaların yaradılmasına dair layihəsinin stabilliyə səbəb olduğunu və terrorçuların fəaliyyətlərinin məhdudlaşmasına gətirib çıxaracağını deyib.
İran, Rusiya və Türkiyə mayın 4-də Astanada Suriya qruplarının iştirakı ilə keçirilən müzakirələrin 4-cü mərhələsində Suriyada 4 təhlükəsiz zonanın yaradılmasına dair razılaşma imzaladılar. Bu təhlükəsiz zonalar Türkiyə sərhədlərinə yaxın məsafədə yerləşən İdlib vilayətinin şimal qərb bölgəsi, Hüms vilayətinin mərkəzi , Dəməşqin şərqi ətrafı və İordaniyanın Suriya ilə həmsərhəd bölgəsinin cənubunu əhatə edir.
İRNA-nın verdiyi məlumata görə, Mixayil Boqdanov dünən Suriyanın Moskvadakı səfiri Riyaz Həddad ilə görüşündə Suriyada təhlükəsi zonanın yaradılmasının çaxnaşmaları , terrorçuların fəaliyyətlərini məhdudlaşdırdığını və Suriyada insani durumun yaxşılaşmasına səbəb olduğunu deyib.
Bu görüşdə tərəflər 6-cı Astana iclasına hazırlıq və Suriyada son siyasi durum kimi mövzuları müzakirə ediblər.