Avq 09, 2017 09:54 Asia/Baku
  • Putin Abxaziya qondarma respublikasına səfər edib

Rusiya prezidenti bildirib ki, bu ölkə Abxaziya qondarma respublikasında təhlükəsizliyin bərqərarında bu məntəqə ilə həmkarlıq edəcəkdir.

IRNA-nın məlumatına görə, Vladimir Putin Abxaziyada və Cənubi Osetiyada qondarma respublikaların yaranmasına gətirib çıxarmış Gürcüstanın Cənubi Osetiyaya hərbi girişinin ildönümü günündə Abxaziya qondarma respublikasının mərkəzi Suxumiyə daxil olub və bu qondarma respublikanın prezidenti Raul Xacimba ilə görüşüb.

Putin təhlükəsizlik hərəkətlərinin koordinasiyası və informasiya mərkəzinin yaradılması barədə Rusiya daxili işlər nazirliyi ilə Abxaziya qondarma respublikası arasındakı razılaşmaya işarə edərək, əlavə edib: Bu məntəqəyə səfər edən hər bir kəs bilməlidir ki, mötəbər mühafizə altındadır.

Gürcüstandan ayrıldığını elan etmiş Abxaziya qondarma respublikası 2008-ci ildə Rusiya və bir neçə digər ölkə tərəfindən rəsmi şəkildə tanınıbdır.

Teqlər