Avq 09, 2017 17:45 Asia/Baku
  • Kəşmirdə döyüşlər davam edir

Hindistan polisi bir daha Srinaqar yaxınlığında kəşmirlilərlə toqquşub.

Sin-Xua xəbər agentliyinin məlumatına görə, hind hərbçilərlə kəşmirli yarımhərbçilər arasında silahlı toqquşma yerli vaxtla bu gün günortaçağı Srinaqardan 32 kilometr cənubda yerləşən Pulvamah şəhərindəki Qulabbaq məntəqəsində baş verib. Yerli polis sözçüsünün sözlərinə görə, bu toqquşmalar hələ davam edir, amma onun ehtimal olunan tələfatı haqda məlumat yoxdur.

Hindistanın nəzarəti altında olan Kəşmirin əhalisi bu döyüşlərin başlanmasından dərhal sonra etiraz əlaməti olaraq, öz mağazalarını bağlayaraq, tətil keçiribdir.

Pulvamah şəhərində tətil və aksiya qısa müddətdən sonra yerli polisin hücumları ilə hind hərbçilərlə kəşmirli etirazçılar arasında döyüş səhnəsinə çevrilibdir.

2016-cı ilin səkkiz iyulunda Hindistanın nəzarəti altında olan Kəşmirdə Əlmucahidin partiyasının başçısı Burhan Vaninin öldürülməsindən və xalq etirazlarının baş verməsindən sonra Hindistanın nəzarəti altında olan Kəşmir son dərəcə gərgin vəziyyətə düşüb və indiyədək 250-dən çox kəşmirli ölüb və minlərlə nəfər də yaralanıb və ya həbs olunubdur.

Kəşmir əhalisi Kəşmirin vəziyyətinin təyin edilməsi üçün referendumun keçirilməsini istəyir.

Teqlər