Avq 09, 2017 17:56 Asia/Baku
  • İranın neft şirkətləri Rusiya və Türkiyənin neft şirkətləri ilə həmkarlıq edirlər

İranın "Qədir" kəşfiyyat və istehsal şirkəti Rusiyanın "Zarubejneft" və Türkiyənin "Unit International" şirkətləri ilə neft yataqlarının genişləndirilməsi barədə əməkdaşlıq memorandumu imzalayıb.

IRNA-nın məlumatına görə, bu razılaşmaya əsasən, İranın "Qədir" kəşfiyyat və istehsal şirkəti, Rusiyanın "Zarubejneft" və Türkiyənin "Unit International" şirkətləri İranda neft və qaz yataqlarının inkişaf etdirilməsi layihələrində və ya beynəlxalq layihələrdə müştərək investisiya həyata keçirəcəklər.

Həmçinin bu razılaşmaya əsasən, tərəflər razılığa gəliblər ki, neft və qaz yataqlarının inkişaf etdirilməsi layihələrinin icrası üzrə bütün texniki və iqtisadi fəaliyyətləri həmkarlıq və strateji texniki-iqtisadi qrupların təşkili yolu ilə izləsinlər.

Teqlər