Avq 10, 2017 16:30 Asia/Baku
  • Hind xalqı dövlətin iqtisadi siyasətlərinə qarşı aksiya keçirib
    Hind xalqı dövlətin iqtisadi siyasətlərinə qarşı aksiya keçirib

Hindistan xalqı və əkinçilərindən yüzlərlə nəfər bu gün Yeni-Dehlidə Narendra Mudi dövlətinin iqtisadi siyasətlərinə qarşı aksiya keçirib.

Etirazçılar Mudi dövlətinə qarşı şüarlar verərək, iri məbləğli əskinasların dəyişdirilməsi, həmçinin xidmət və əmtəə mal vergirlərinin artırılması layihəsinin icrasını ümumi xərclərin artmasına bais olan  yanlış addım adlandırıblar.

Etirazçıların sözlərinə görə, Hindistan dövləti əkinçilərə yardım, iş yerlərinin yaradılması və yoxsul şəxslərə kömək barədəki vədlərindən heç birinə əməl etməyibdir.

Hindistan Konqres Partiyasının üzvlərindən olan Babi Ta aksiyaçılar qarşısında deyib: Mudi dövlətinin iqtisadi siyasətləri nəinki azgəlirli şəxslərə kömək etməyib, əksinə onları daha da yoxsul edibdir.

O, əlavə edib: Hindistan baş nazirinin siyasətləri ifratçı hinduların emosiyalarının təhrik olmasına, onların azlıqlara qarşı daha çox hücumuna, eləcə də ölkədə təhlükə atmosferinin yaranmasına bais olubdur.

Hindistanın baş naziri bu layihəni "ölkənin vergi sistemində dəyişiklik" istiqamətində iri bir addım adlandırıb və deyibdir ki, yeni vergi qanununun icra olunması ilə ölkədə bir çox problemlər aradan qaldırılacaqdır.

Teqlər