Avq 10, 2017 19:28 Asia/Baku
  • Qırğızıstanda üç İŞİD-çi 15 il həbsə məhkum edilib
    Qırğızıstanda üç İŞİD-çi 15 il həbsə məhkum edilib

Qırğızıstan milli təhlükəsizlik komitəsi bildirib ki, bu ölkədə törətdiyi cinayətlərə görə, əmlakı müsadirə olunmuş üç İŞİD-çi 15 il həbsə məhkum edilib.

Sin-Xua-nın məlumatına əsasən, Qırğızıstanın təhlükəsizlik orqanlarının bildirdiklərinə görə, məhkumlar Suriya və İraqda təlim keçib, sonra da mülkilərə qarşı terror əməliyyatları həyata keçirmək üçün bu ölkəyə göndəriliblər.

Son statistikalara əsasən, Suriyada 500-ə yaxın Qırğızıstan vətəndaşı var. Onlar İŞİD terror qrupunun üzvləridirlər.

Deyilənlərə görə, 45 Qırğızıstan vətəndaşı Suriyadakı döyüşlərdə öldürülübdür.

Belə bir halda, 2016-cı ildə Qırğızıstanda 17 terror hərəkəti zərərsizləşdirilib, 8 terror qrupu məhv edilib və 95 nəfər də mühakimə olunubdur.

Teqlər