Tramp ABŞ ordusu və raket sisteminin gücləndirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i279310-tramp_abŞ_ordusu_və_raket_sisteminin_gücləndirilməsini_vurğulayıb
ABŞ prezidenti Donald Tramp Amerika ordusu və bu ölkənin raketə qarşı proqramının gücləndirilməsinə dair niyyətindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2017 05:03 Asia/Baku
  • Tramp ABŞ ordusu və raket sisteminin gücləndirilməsini vurğulayıb
    Tramp ABŞ ordusu və raket sisteminin gücləndirilməsini vurğulayıb

ABŞ prezidenti Donald Tramp Amerika ordusu və bu ölkənin raketə qarşı proqramının gücləndirilməsinə dair niyyətindən xəbər verib.

Tramp dünən Nyu-Cersi ştatında müxbirlər qarşısında deyib: Biz ordunun büdcəsini milyardlar dollar artırmaq istəyirik və bu barədə yaxın günlərdə bir bəyanat yayılacaq. 

AP-nin verdiyi məlumata görə, Donald Tramp nüvə silahlarının təhlükəsi barədə xəbərdarlıq edərək, dünyanın nüvə silahlarından təmizlənilməsini istədiyini ancaq bunun reallaşacağınadək Amerikanın planetin ən əsas nüvə gücü olaraq qalacağını deyib. 

ABŞ prezidenti deyib: Rusiya mənim ABŞ prezidenti olmağımı istəmir ona görə ki, mən Amerika üçnü güclü ordu yaratmaq yolunda çalışıram . 

Amerika prezidenti İranın nüvə sazişinə sadiq qalması barədə verilən sulı cavablandırarkən İranın nüvə sazişinin ruhuna sadiq olmadığını iddia edib. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və 5+1 qrupunun digər üzvlərinin İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını dəfələrlə vurğulamalarına rəğmən Tramp İranın bu razılaşmaya sadiq qalmadığına dair iddiasını təkrarlamaqda davam edir.