Avq 12, 2017 09:56 Asia/Baku
  • Avtomobil 7-ci mərtəbədən qəzaya uğradı
    Avtomobil 7-ci mərtəbədən qəzaya uğradı

ABŞ polisinin təhlükəsizlik kameraları Texas ştatında bir anı qeydə alıblar. Belə ki, bir avtomobil çoxmərtəbəli avtomobil dayanacağından küçəyə çırpılıb.

Polisin yayımladığı kadrlarda furqon avtomobilin küçədə hərəkət edərkən qəfildən onun üzərinə avtomobilin düşdüyü müşahidə olunur. Xoşbəxtlikdən furqon avtomobilinə xəsarət dəymir. 

Bu hadisə iyul ayında baş verib. Qadın sürücü təhlükəsizlik ipləri qırıldıqdan sonra 7-ci mərtəbədən aşağı düşüb. 

Avtomobil sürücüsü xəstəxanada müalicə olunduqdan sonra buraxılıb. 

Ötən il sentyabr ayında da idman sahəsində istifadə olunan başqa bir avtomobil həmin avtomobil dayanacağının 9-cu mərtəbəsindən düşmüşdü. 

Teqlər