Avq 16, 2017 14:38 Asia/Baku
  • Hindistan və Nepalda sel böyük tələfata səbəb olub

Hindistanın şərq məntəqələrində baş verən sel nəticəsində azı 91 nəfər həlak olub, 9 milyondan çox insan da didərgin düşübdür.

Son günlər yağan musson yağışlarının davam etməsindən irəli gələn sel Hindistanın Bihar əyələtinin mərkəzi sayılan Panta şəhərinin şərqi və şimalındakı əkin sahələri və yaşayış massivlərindən geniş bir ərazini basıbdır.

Bihar əyələtinin baş naziri Nitiş Kumar deyib: Çayların suyunun daşması və güclü leysan yağışları bu cür məntəqələrdə selin yaranmasına və ağır xəsarətlərə səbəb olubdur.

Digər tərəfdən, Nepalda selin baş verməsi nəticəsində 98-dən çox insan həlak olub, 50 min ev də selin mühasirəsinə düşüb. 3 mindən çox ev isə dağılıbdır. 

Teqlər