Boliviyada anti-Tramp aksiyası keçirilib
-
Boliviyada anti-Tramp aksiyası keçirilib
Boliviya xalqı dünən Venesuela dövlətinə dəstək üçün Amerikanın Boliviya paytaxtı Lapaz şəhərindəki səfirliyi qarşısında aksiya keçirib.
İRİB-in verdiyi məlumata görə, aksiyaçılar ABŞ-ın Venesuelaya qarşı son hərbi təhdidini pisləyib və ABŞ prezidenti Donald Trampın müqəvvasını yandırıblar.
Bu aksiya Trampın Venesuelaya qarşı son hədə-qorxularına reaksiya olaraq keçirilib. Tramp Venesuela böhranını həll etmək üçün hərbi seçimi kənara qoymadığını demişdi.
Boliviya prezidenti Evo Morales də son günlər Venesuelanı müdafiənin Latın Amerikası ölkələrinin suverinliyini müdafiə olduğunu vurğulamışdı.
Çili xalqı da cümə axşamı paytaxt Santyaqoda Venesuela dövlətinə dəstək aksiyası keçirmişdir. Aksiyaçılar ABŞ-ın bayrağını yandırmışdılar.
Son aylarda Venesuela müxalifətin etiraz aksiyalarının və destabilliyin şahididir.
Venesuela müxalifəti Nikolas Maduronu vəzifədən kənarlaşdırmağa cəhd göstərirlər. Venesuela rəhbələri isə ölkədəki destabilliyin amilinin ABŞ və Ağ Evdən asılı olan partiyalar olduğunu bildirirlər.
Venesuelada Amerikanın dəstəklədiyi müxaliflər ümumi nəqliyyat vasitələrini yandırır, polisə hücum edir, talançılığa əl atır və ölkədə destabillik yaradırlar.