Rusiyanın şimalında bıçaqla hücum nəticəsində 8 nəfər yaralanıb
Avq 19, 2017 14:57 Asia/Baku
-
Rusiyanın şimalında bıçaqla hücum nəticəsində 8 nəfər yaralanıb
Rusiyanın informasiya mənbələri xəbər veriblər ki, bir nəfər bıçaqla bu ölkənin şimalında yerləşən Surqut şəhərinin sakinlərinə hücum edərək, səkkiz nəfəri yaralayıb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya məhkəmə təhqiqatı komitəsi bildirib ki, hücumçu şəxs bu gün bıçaqla Surqut şəhərinin mərkəzində yerləşən bir nöqtədə səkkiz nəfəri yaraladıqdan sonra polis məmurlarının atəşi ilə öldürülübdür.
Bu komitə əlavə edib: Yaralanmış şəxslər xəstəxanaya köçürülərək, müalicə olunublar.
Hələ hücumçu şəxsin kimliyi və niyyəti barədə bir məlumat yayılmayıbdır.
360 min 590 nəfərlik əhaliyə malik olan Surqut şəhəri Rusiyanın şimalında yerləşən "Xantı-Mansiysk" müxtar vilayətinin mərkəzidir.
Teqlər