İngiltərədə anti-Tramp aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i280208-İngiltərədə_anti_tramp_aksiyası
ABŞ prezidentinin rasist və militarist mövqelərinə qarşı etirazların davamında onlarla ingilis Amerikanın Londondakı səfirliyi önünə toplaşaraq, anti-Tramp şüarı verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 19, 2017 16:29 Asia/Baku
  • İngiltərədə anti-Tramp aksiyası
    İngiltərədə anti-Tramp aksiyası

ABŞ prezidentinin rasist və militarist mövqelərinə qarşı etirazların davamında onlarla ingilis Amerikanın Londondakı səfirliyi önünə toplaşaraq, anti-Tramp şüarı verib.

IRIB-nin məlumatına görə, bu gün Amerikanın Londondakı səfirliyi önünə toplaşmış bir qrup İngiltərə vətəndaşı və İngiltərədə yaşayan amerikalı ABŞ prezidenti Donald Trampın sözləri və siyasətlərini Amerika xalqı üçün bir biabırçılıq adlandırıb və onun istefa verməsini istəyibdir.

Etirazçılar habelə Trampa hər cür dəstəyi pisləyərək, İngiltərə hökmranlarının ABŞ prezidentindən və onun rəftarlarından uzaq durmaları vacibliyini vurğulayıblar.

ABŞ prezidentinin özlərini üstün sayan ağdəril irqçilər və onların Virciniya ştatının Şarlotsvill şəhərindəki zorakı aksiyası barədəki tərəfbazlıq sözləri Amerikanın həm daxilində, həm də xaricində yeni etiraz dalğalarına səbəb olubdur.

İngiltərə dövləti Trampın Avropadakı ən əsas müttəfiqi sayılır, amma onun bu ölkəyə səfəri müxalifətlər və geniş aksiyalar qorxusundan təxirə salınıbdır.