Hindistanda qatar qəzasında 23 nəfər ölüb
Avq 20, 2017 09:56 Asia/Baku
Hindistanın şimalında Otarpradeş vilayətində sərnişin daşıyan bir qatarın altı vaqonunun reyldən çıxması nəticəsində 23 nəfər həlak olub ən azı 81 nəfər yaralanıb.
İRİB-in verdiyi məlumata görə, Hindistanın dəmiryolu rəsmiləri hələlik hadisə barədə fikir bildirməyiblər.
Bu qəzanın ardınca polis qüvvələri və könüllülər sərnişinlərin vaqonlardan çıxarılmasına yardım ediblər.
Bəzi yaralıların durumunun ağır olduğu bildirilir.
Hindistanda qatar qəzaları adi hal alıb.
Hindistan dünya da ən uzun dəmiryolu şəbəkəsinə malik olan ölkədir və hər gün bu ölkədə 20 milyon sərnişin bu nəqliyyat vasitəsindən istifadə edir.