Avq 20, 2017 12:15 Asia/Baku
  • London terrorçuların qayıtmasından nigarandır
    London terrorçuların qayıtmasından nigarandır

Britaniyanın daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini terrorçu İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğraması ilə Britaniyaya qarşı terror təhdidinin güclənməsi barədə xəbərdarlıq edib.

İvininq Standart qəzetinin yazdığına görə, Britaniya daxili işlər nazirinin müavini Ben Valas deyib: İŞİD terrorçuları İraqın şimalında Mosul vilayətində öz bazalarını itiriblər və Suriyanın mərəkəzində Riqqədə də geri oturmalı olublar. Bu isə İŞİD-in britaniyalı üzvlərinin bu ölkəyə qayıtmalarına səbəb ola bilər və bunun özü də Britaniyanın təhlükəsizliyi üçün təhdiddir. 

Ben Valas Deyib: Bu terrorçular Britaniya küçələrində insanları öldürmək üçün bıçaqdan yaxud avtomobildən istifadə edə bilələr. Buna görə də dövlət onların ölkəyə daxil olmalarının qarşısını almaq istəyir. 

2011-2016-cı illərdə 120 ölkədən 42 mindən çox terrorçu İraq və Suriyada İŞİD sıralarına qoşuldu. Onların təxminən 5 min nəfəri avropalı idi. 

Avropa Birliyinin statistikasına görə, terrorçuların 15-20 faizi məhv edilib, 30-35 faizi qayıdıb və 50 faizi isə hələ İraq və Suriyadadır. 

Terrorçular Belçika, Fransa, Almaniya, Britaniya, avstriya, Danimarka, Finlandiya, İtaliya, Hollandiya, İspaniya və İsveç ölkələrindəndir. 

Avropa ölkələri o sıradan da Britaniya Orta şərqdəki terrorçulara xüsusiylə də Suriyada fəaliyyət göstərən terrorçulara yardım göstərməkdə əlindən gələni edir. Hal-hazırda İŞİD terrorçularının avropalı üzvlərinin qayıtması ilə avropa terror aktlarının şahididir. 

Teqlər