Fransada miqrantların düşərgəsində toqquşma
-
Fransada miqrantların düşərgəsində toqquşma
Fransanın şimalında Kale miqrantlar düşərgəsində baş verən toqquşmalar nəticəsində bir neçə nəfər yaralanıb.
FransPressin verdiyi məlumata görə, Kalenin icra başçısı bildirib ki, Kale miqrantlar düşərgəsində əfqanlar və eritrelilər arasında bazar ertəsi günü baş verən toqquşmalarda 16 nəfər yaralanıb.
Son iki il ərzində Afrika və Orta şərq ölkələrindən çoxlu sayda qeyri-qanuni miqrant Britaniyaya getmək üçün özlərini Fransanın şimalına çatdırıblar.
Deyilənlərə görə, hal-hiazırda Kale şəhərində və onun ətraf ərazilərində 400-600 miqrant acınacaqlı vəziyyətdə yaşayırlar.
Fransa polisinin miqrantlara qarşı kobud rəftarı və cari miladi ili mart ayından bəri miqrantların düşərgəsinin Fransa dövləti tərəfindən dağıdılması hüquq müdafiə qrumlarının etirazlarına səbəb olub.