Vaşinqton Post: Trampın xarici siyasətində "Dəli adam" strategiyası
https://azeri.sahartv.ir/news/dünya-i280516-vaşinqton_post_trampın_xarici_siyasətində_dəli_adam_strategiyası
Vaşinqton Post qəzeti yazıb: ABŞ prezidenti bilərəkdən " Dəli adam" strategiyasından xarici siyasətdə faydalanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2017 16:24 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Vaşinqton Post qəzeti yazıb: ABŞ prezidenti bilərəkdən " Dəli adam" strategiyasından xarici siyasətdə faydalanır.

Vaşinqton Post qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp gözlənilməz adam olmaqla öz məqsədlərinə nail olmaq istəyir. 

Vaşinqton Post yazır: ABŞ prezidentinin dəyişkənliyi, onun əsəbiliyi, respublikaçı senatorların əsəbiliyinə səbəb olub və demokratlar da Trampı tənqid edərkən onun psixi destabilliyindən danışırlar. 

Tramp avqustun 12-də Boston şəhərində irqçiliyə qarşı keçirilən aksiyaya münasibət bildirərkən ilk öncə aksiyaçıları iğtişaşçı adlandırdı və bir neçə saat sonra onları alqışladı. 

Trampın bu münasibəti və müxtəlif məsələlərə sərt reaksiyası müxtəlif qruplar və şəxslərin onu öz vəzifəsindən kənarlaşmağa çağırmalarına səbəb olub. 

Donald Trampın qalmaqala səbəb olan çıxışlar və davranışları və bəzən ədəbsiz hərəkətləri Amerika siyasətçiləri və xalqının Trampın prezident kürsüsü həddində olmadığını bildirmələrinə gətirib çıxarıb.