Amerikalılar: Tramp ikitirəliyə rəvac verir
https://azeri.sahartv.ir/news/dünya-i280620-amerikalılar_tramp_ikitirəliyə_rəvac_verir
Amerikanın “Kvinni Piyak” universitetinin apardığı son rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə xalqının 62 faizi prezident Trampın bu ölkədə təfriqəni və ikitirəliyə rəvac verdiyi qənaətindədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2017 09:08 Asia/Baku
  • Amerikalılar: Tramp ikitirəliyə rəvac verir
    Amerikalılar: Tramp ikitirəliyə rəvac verir

Amerikanın “Kvinni Piyak” universitetinin apardığı son rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə xalqının 62 faizi prezident Trampın bu ölkədə təfriqəni və ikitirəliyə rəvac verdiyi qənaətindədirlər.

“Kvinni Piyak” universiteti bu rəy sorğusunu avqustun 17-dən 22-dək keçirib və nəticələr göstərir ki, ABŞ xalqının 59 faizi Trampın bir prezident kimi fəaliyyətindən razı deyil.

Buna əsasən, respondentlərin 31 faizi deyibdir ki, Trampın hərəkətləri xalqı birləşdirmək istiqamətindədir və 35 faiz də onun fəaliyyətindən razılıq edibdir.

Həmçinin respondentlərin 60 faizi deyibdir ki, Trampın Şarlotsvilldəki çaxnaşmalara reaksiyası qənaətbəxş deyildir.

Eyni zamanda Amerika prezidentinə qarşı tənqidlər dalğası respublikaçılar partiyasının başçıları arasında da genişlənibdir.