22 Ruhinqa müsəlmanı öldürülüb
-
22 Ruhinqa müsəlmanı öldürülüb
Myanma ordusunun və ifratçı buddistlərin Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı hücumlarında onlarla müsəlman həlak olub.
Bu gün səhər saat birdə Raxin əyalətinin şimalında yerləşən Maunqdau məntəqəsində başlanmış bu hücumlarda indiyədək 22 ruhinqalı müsəlman öldürülüb.
Myanma ordusunun hücumları Ruhinqa müsəlmanlarının hiddətinə səbəb olub və onlar Myanma hərbçilərinə və ifratçı buddistlərə hücum edərək, onlardan on nəfərini öldürüblər.
Ötən ayın əvvəllərində Raxin əyalətində myanmalı hərbçilərin iştirakının və müsəlmanlara qarşı repressiya hərəkətlərinin artması ilə, minlərlə ruhinqalı müsəlman Banqladeşə qaçıbdır.
Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı repressiyalarının başlanmasından bəri Ruhinqa müsəlmanlarından təqribən 75 min nəfər Banqladeşə qaçıb.
Ötən bir neçə ildə Myanma ordusunun və ifratçı buddistlərin Ruhinqa müsəlmanlarına qarşı hücumlarında minlərlə nəfər ölüb, yaralanıb və on minlərlə nəfər didərgin düşübdür.