ABŞ dövlət katibi Trampın sözlərinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i280946-abŞ_dövlət_katibi_trampın_sözlərinə_qarşı_çıxıb
ABŞ dövlət katibi bu ölkə prezidentinin irqçi sözlərini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2017 04:58 Asia/Baku
  • ABŞ dövlət katibi Trampın sözlərinə qarşı çıxıb
    ABŞ dövlət katibi Trampın sözlərinə qarşı çıxıb

ABŞ dövlət katibi bu ölkə prezidentinin irqçi sözlərini qınayıb.

ABŞ dövlət katibi Reks Tilerson FoksNyus telekanalına verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın Şarlotsvil hadisələri barədəki açıqlamaları barədə deyib: Tramp öz tərəfindən danışır. 

ABŞ dövlət katibi öncə də irqçi hərəkətlərə qarşı bəyanat yaymışdı. 

Virciniya ştatının Şarlotsvil şəhərində baş verən hadisələrdən sonra Donald Trampın irqçiləri pisləyəcəyi gözlənilsə də o hər iki tərəfi təqsirkar təqdim etdi və buna görə də geniş tənqidlərə məruz qaldı .

Avqustun 12-də Şarlotsvil şəhərində ağdərililərin başqalarına üstünlüyünə inananların zorakı aksiyasında bir gənc oğlan idarə etdiyi avtomobili irqçiliyə qarşı olanların üzərinə sürdü və bu hadisədə bir nəfər həlak oldu, 19 nəfər isə yaralandı.