Lavrov Astana müzakirələrinin önəmli rolunu vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i281092-lavrov_astana_müzakirələrinin_önəmli_rolunu_vurğulayıb
Rusiyanın xarici işlər naziri deyib: Astana iclasının Suriyada çaxnaşmalı bölgələrin məhdudlaşdırılması üzrə razılaşmasının təfərrüatı Suriyada döyüş meydanında baş verən hadisələri nəzarətə almaq üçün ən yaxşı fürsət yaradıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 12:41 Asia/Baku
  • Lavrov Astana müzakirələrinin önəmli rolunu vurğulayıb
    Lavrov Astana müzakirələrinin önəmli rolunu vurğulayıb

Rusiyanın xarici işlər naziri deyib: Astana iclasının Suriyada çaxnaşmalı bölgələrin məhdudlaşdırılması üzrə razılaşmasının təfərrüatı Suriyada döyüş meydanında baş verən hadisələri nəzarətə almaq üçün ən yaxşı fürsət yaradıb.

İRİB-in verdiyi məlumata görə, Sergey Lavrov bu gün Əbudəbidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə müştərək mətbuat konfransında etdiyi çıxışında deyib: Rusiya Astana iclasının Suriyada çaxnaşmalı bölgələrin məhdudlaşdırılması barədə razılaşmasının gündəliyinə xüsusi diqqət ayırır. 

BƏƏ XİN başçısı Abdullah Bin Zayid Ali-Nəhyan da rusiyalı həmkarı ilə görüşünü önəmli adlandıraraq deyib: Görüşdə iki ölkənin siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və mədəni əməkdaşlıqlarının araşdırılmasına fürsət yarandı. 

Rusiya və BƏƏ XİN rəhbərləri Yəmən, Liviya və Suriya hadisələrini də müzakirə ediblər.