ABŞ-ın Ədliyyə Nazirliyinin "Tramp" göydələninin dinlənilməsi məsələsinə reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i281305-abŞ_ın_Ədliyyə_nazirliyinin_tramp_göydələninin_dinlənilməsi_məsələsinə_reaksiyası
ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, keçmiş prezident Barak Obama hökumətinin hazırkı prezident Donald Trampa məxsus olan və onun adını daşıyan "Tramp" göydələnini qanunsuz şəkildə dinləməsi ilə bağlı hansısa fakt yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 04:53 Asia/Baku
  • ABŞ-ın Ədliyyə Nazirliyinin

ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, keçmiş prezident Barak Obama hökumətinin hazırkı prezident Donald Trampa məxsus olan və onun adını daşıyan "Tramp" göydələnini qanunsuz şəkildə dinləməsi ilə bağlı hansısa fakt yoxdur.

İRNA-nın verdiyi məlumata görə, ABŞ-ın hazırkı prezidenti Donald Tramp cari ilin əvvəllərində Obama hökumətini "Tramp" göydələnini qanunsuz olaraq dinləməkdə ittiham etmişdi. 

Tramp öz iddiasını sübut etmək üçün heç bir fakt təqdim edə bilməyib və ABŞ-ın keçmiş prezidenti Barak Obama da belə bir dinləmə ilə bağlı Trampın iddialarını rədd etmişdi. 

Tramp bu iddianı demokratların onun ruslarla gizli əlaqəyə malik olması ilə bağlı ittihamlarına cavab olaraq irəli sürmüşdü.