Zaxarova: Rusiyanın diplomatik məkanlarına müdaxilə qeyri-qanunidir
-
Zaxarova: Rusiyanın diplomatik məkanlarına müdaxilə qeyri-qanunidir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Rəsmi Moskva Vaşinqtonun Rusiyanın ABŞ-dakı diplomatik mərkəzlərinə qarşı təcavüzünü əsaslandırması ilə razılaşmır.
İRNA-nın verdiyi məlumata görə, Mariya Zaxarova dünən deyib: ABŞ Dövlət Departamenti Rusiyanın diplomatik əmlakını ələ keçirməkdəki misli görünməyən hərəkətini əsaslandırmağa və ona qanuni don geyindirməyə cəhd göstərir.
Rusiya XİN sözçüsü deyib: Amerikanın bu kimi nifrət saçan hərəkətlərini heç cür əsaslandırmaq olmaz.
ABŞ Dövlət Departamenti dünən bildirib ki, Rusiyanın diplomatik mərkəzlərinə baxış, bu mərkəzlərin bağlanılmasından sonra həyata keçib və bu heç də qeyri-qanuni deyil.
Amerika şənbə günü Rusiyanın San-Fransiskodakı konsulluğunu və Nyu-York və Vaşinqtonda başqa iki konsulluq mərkəzini bağladı və ABŞ təhlükəsizlik qüvvələri həmin binalarda axtarışlar həyata keçirdilər.
Amerikanın bu hərəkəti, rəsmi Moskvanın ABŞ-ın Rusiyadakı bəzi diplomatik mərkəzlərini bağlaması və amerikalı diplomatlardan bir neçə yüz nəfərini azaltmasına reaksiya olaraq baş vermişdir.