İrma qasırğası 9 nəfərin ölümünə səbəb olub
https://azeri.sahartv.ir/news/dünya-i281571-İrma_qasırğası_9_nəfərin_ölümünə_səbəb_olub
ABŞ-da İrma qasırğasının tələfatı ilə əlaqədar son məlumatlara görə, Karaib dənizində yerləşən San Batz və San Martin adalarında 9 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2017 14:58 Asia/Baku
  • 
İrma qasırğası 9 nəfərin ölümünə səbəb olub
    İrma qasırğası 9 nəfərin ölümünə səbəb olub

ABŞ-da İrma qasırğasının tələfatı ilə əlaqədar son məlumatlara görə, Karaib dənizində yerləşən San Batz və San Martin adalarında 9 nəfər həlak olub.

Birləşmiş Millətlər Təşkilatı 5-ci dərəcəli İram tufanından 49 milyon insanın təsirlənəcəyinə dair xəbərdarlıq edib. 

Antiqua və Barbudanın baş naziri Geston Braun bildirib ki, Barbudada binaların 95 faizi dağılıb. 

Geston Braun deyib: Bölgənin 1400 sakinindən 60 faizi evsiz qalıb və Barbuda demək olar ki, yaşayışa yararsız olub. 

BMT bildirib ki, dəhşətli İrma qasırğasının hərəkəti istiqamətində 49 milyon insan onun fəsadlarına məruz qalacaq. 

İndiyədək qeydiyyata alınmış Atlantikanın ən güclü qasırğası olan İrma Dominikan, Haiti, Kuba və Bahamas istiqamətində hərəkətini davam etdirir və bazar günü Florida ştatına çatacaq.