Kanada Ruhinqa müsəlmanlarına qarşı zorakılıqların dayandırılmasını vurğulayıb
Sen 08, 2017 19:30 Asia/Baku
Kanada Myanmanın Raxin əyalətindəki Ruhinqa müsəlman azlığının hüquqlarının pozulmasının dayandırılması üçün dünya ictimaiyyətinin təcili addımlar atmasını istəyib.
Kanadanın xarici işlər naziri Kristiana Ferilend bu gün Ruhinqa müsəlmanlarının son dərəcə təhlükəli durumundan və onun Banqladeş ölkəsində buraxacağı təsirlərdən nigarançılıq edərək, Myanma prezidentinin baş müşaviri Aunq San Suu Çidən və bu ölkənin hərbi rəsmilərindən istəyibdir ki, Raxin əyalətindəki insan böhranı qarşısındakı məsuliyyətlərinə əməl etsinlər.
Kanadanın xarici işlər naziri vurğulayıb ki, Ruhinqa müsəlmanlarına qarşı zorakılıq dayandırılmalı və onların hüquqları rəsmən tanınmalıdır.