Nyu-Yorkda Birgə Nüvə Anlaşması Komissiyasının 9-cu iclası keçirildi
https://azeri.sahartv.ir/news/dünya-i282927-nyu_yorkda_birgə_nüvə_anlaşması_komissiyasının_9_cu_iclası_keçirildi
Birgə Nüvə Anlaşması Komissiyasının 9-cu iclası İran və 5+1 qrupu xarici işlər nazirləri müavinlərinin iştirakı ilə BMT Baş Assambleyasının 72-ci iclasının kənarında baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 07:00 Asia/Baku
  • Nyu-Yorkda Birgə Nüvə Anlaşması Komissiyasının 9-cu iclası keçirildi
    Nyu-Yorkda Birgə Nüvə Anlaşması Komissiyasının 9-cu iclası keçirildi

Birgə Nüvə Anlaşması Komissiyasının 9-cu iclası İran və 5+1 qrupu xarici işlər nazirləri müavinlərinin iştirakı ilə BMT Baş Assambleyasının 72-ci iclasının kənarında baş tutub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini və Nüvə Anlaşmasının İcra Prosesinə Nəzarət Qərargahının iranlı həmsədri Abbas İraqçı bu iclasın sonunda deyib: Birgə Nüvə Anlaşması Komissiyasının üzvləri nüvə anlaşmasının tam formada və xoşməramlılıq əsasında icra edilməsinə, anlaşmanın uğurlu icrasına mane olacaq addımlardan çəkinməyə təkid ediblər. 

Birgə Nüvə Anlaşması Komissiyasının iclasları hər 3 ayda bir təşkil edilir. Bu iclaslarda nüvə anlaşmasının icra prosesi araşdırılır və anlaşma tərəflərinin şikayətləri müzakirə edilir.