Rusiyada telefon terror hədələri davam edir
-
Rusiyada telefon terror hədələri davam edir
Özünün ikinci həftəsinə daxil olmuş Rusiyada telefon terror hədələri dünən Moskvada 11 idarə və izdihamlı mərkəzin bağlanmasına və 12 min nəfərin təxliyyə olunmasına bais olubdur.
İRNA-nın məlumatına görə, Rusiyada telefon təhdidlərinin ilk dalğası 10 gün əvvəl başlayıb və üç gün davam edibdir. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Moskvada 150 mindən çox adam evakuasiya olunubdur.
Telefon təhdidlərinin ikinci dalğası da şənbə günündən bazar gününə qədər davam edib və Moskva da daxil olmaqla müxtəlif şəhərlərdə səkkiz min nəfər təxliyyə edilibdir.
Rusiya təhlükəsizlik rəsmiləri bildiriblər ki, telefon hədələri ölkə xaricindən edilir və bu hərəkətdə İŞİD-in rolu vardır.
Telefon təhdidlərindən heç biri bir hadisəyə səbəb olmayıbdır.
Rusiya təhlükəsizlik rəsmilərinin araşdırmaları davam edir.