Rusiya nüvə razılaşmasına yenidən baxılmasının əleyhinədir
-
Rusiya nüvə razılaşmasına yenidən baxılmasının əleyhinədir
Rusiyanın XİN rəsmisi bir daha bu ölkənin Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) yenidən baxılmasına heç bir zərurətin olmaması barədəki mövqeyinə təkid edib.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin nüvə silahlarının yayılmasını qadağaya nəzarət şöbəsinin müdiri Mixayil Ulyanov bu gün deyib: Rəsmi Moskva ƏMTP-yə yenidən baxılmasına qarşıdır.
Mixayil Ulyanov deyib: Amerika ƏMTP-yə qarşı təxribatlarına son qoymalıdır.
Öncə də Rusiya rəsmiləri o sıradan XİN rəhbəri Segey Lavrov ABŞ prezidenti Donald Trampın nüvə sazişinə qarşı mövqelərinin nigaran edici olduğunu bildirərək xatırlatmışdılar ki, Moskva və ABŞ istisna olmaqla 5+1 qrupunun digər üzvləri nüvə sazişinin mütləq icra edilməli olduğunu və ona yenidən baxılmağa ehtiyacın olmadığını bildirirlər və BMT TŞ-nin qətnamələri də eyni mövqedədirlər.