Minlərlə rus sərnişin müxtəlif ölkələrdə sərgərdan qalıb
-
Minlərlə rus sərnişin müxtəlif ölkələrdə sərgərdan qalıb
Rusiyanın Vim Avia şirkətinin iflasa uğraması nəticəsində Rusiya və müxtəlif ölkələrin hava limanlarında minlərlə rus sərnişinin sərgərdan qalmasının ardınca Rusiya prezidenti baş nazirin müavini və nəqliyyat nazirini cəzalandırıb.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, baş nazirin müavini Arkadi Dvarkoviç və nəqliyyat naziri Maksim Sokolovu minlərlə rus sərnişinin müxtəlif ölkələrdə sərgərdan qalmasına görə cəzalandırıb.
Bu məlumata görə, Rusiya prokurorluğunun istintaq komitəsi bildirib ki, Vim Avia şirkətinin rəhbərlərindən ikisi korrupsiya əməlində iştirak etdiyinə görə həbs edilib və bu şirkətin iki əsas sahibi də Rusiyadan qaçıb. Özəl Vim Avia hava şirkəti bu gün bildirib ki, 112 milyon dollarlıq borcuna görə, iflasa uğrayıb və üç gün öncədən müxtəlif ölkələr və Rusiyanın müxtəlif şəhərlərinə olan uçuşlarını dayandırıb. Bu məsələ on minlərlə sərnişinin sərgərdan qalması ilə nəticələnib.