İndoneziyada minlərlə nəfər təxliyyə olundu
Vulkanın püskürməsi təhlükəsi ehtimalının elan olunması ardınca, İndoneziyanın Bali adası ətrafında təxminən 140 min nəfər öz ev-eşiyini tərk edib.
İRİB-in məlumatına görə, İndoneziyanın Bali adasında Aqunq zirvəsində zəlzələlərin sayının qəfil artmasından sonra, bu ölkə rəsmiləri fövqəladə vəziyyət elan edərək vətəndaşlardan ərazini tərk etmələrini istəyiblər.
Bali əyalət rəsmiləri bu vulkanın fəaliyyət çərçivəsini araşdırmaqla məşğuldurlar. Bununla belə Balinin turizm bölgəsində fövqəladə vəziyyət öz qüvvəsindədir.
İndoneziyada təxminən 130 aktiv vulkan verdır və hava çirkliliyi və vulkanların püskürməsinə görə, dünyanın əsas ölkəsidir.
Balinin şərqində Aqunq vulkan zirvəsinin son püskürməsi 1963-cü ilə aiddir. Həmin vaxt mindən çox insan həlak olmuşdu.