ABŞ polisi Las-Veqas hadisəsi haqda açıqlama verdi
https://azeri.sahartv.ir/news/dünya-i284345-abŞ_polisi_las_veqas_hadisəsi_haqda_açıqlama_verdi
ABŞ polisi bildirib ki, Nevada ştatının Las-Veqas şəhərində silahlı insidenti törədən silah toplamaqla məşğul olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2017 06:29 Asia/Baku
  • ABŞ polisi Las-Veqas hadisəsi haqda açıqlama verdi
    ABŞ polisi Las-Veqas hadisəsi haqda açıqlama verdi

ABŞ polisi bildirib ki, Nevada ştatının Las-Veqas şəhərində silahlı insidenti törədən silah toplamaqla məşğul olub.

APTN-in məlumatına görə, ABŞ-ın Nevada ştatı polis rəsmilərindən Cozef Lombardo çərşənbə günü deyib: Las-Veqas insidentinin səbəbkarı silah toplamaqla məşğul olub. 

Polis rəsmisinin dediyinə görə, hadisəni törədən şəxsin gizli həyatı olub və bu məsələnin əsas hissəsi hələlik bəlli deyildir. 

ABŞ federal polis rəsmiləri də bildiriblər: Las-Veqasdakı insidentin terror aktı olmasına dair heç bir fakt yoxdur. 

FBİ-ın məlumatına görə, hadisəni törədənlə əlbir olmaq ittihamı ilə heç kim həbs olunmayıb. 

Stefan Paduk bazar ertəsi gecə Nevada ştatının Las-Veqas şəhərində musiqi konserti iştirakçılarına doğru atəş açdı. NƏticədə 60 nəfər həlak oldu, yüzlərlə nəfər yaralandı. 

1970-ci ildən ABŞ-da odlu silahla ölüm halları, qətl, kütləvi qırğın, intihar və buna bənzər hadisələr artmışdır. Belə ki, orta hesabla hər gün 92 amerikalı odlu silahla həlak olur.