On məscid Gürcüstan müsəlmanlarının istifadəsinə verildi
Okt 07, 2017 10:00 Asia/Baku
Gürcüstanın Dini Məsələlər üzrə dövlət komitəsi daha on məscidi Müsəlmanlar İdarəsinin səlahiyyətinə verib.
İRNA-nın məlumatına görə, Gürcüstan Müsəlmanlar İdarəsinin sədri Ramin İgidov deyib: Gürcüstanın qərbində on məscidin Müsəlmanlar İdarəsinə təhvil verilməsi ilə bu idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb.
Gürcüstan Müsəlmanlar İdarəsinin sədri daha 11 məscidin qeydiyyata alınmasında problemlərin davam etdiyini bildirib və ümid edib ki, bu məsələ tezliklə həll olunacaq.
Hal-hazırda Gürcüstanda ümumilikdə 320 məscid vardır.
2002-ci ildə Gürcüstan əhalisinin sayılmasına əsasən, bu ölkədə müsəlmanların sayı 433 min və ya 4 milyon 371 min əhalisi olan ölkənin 9,92%-ni təşkil edir.