Okt 11, 2017 12:03 Asia/Baku
  • Ağ Evdə nüvə anlaşması haqda ixtilaflar artıb
    Ağ Evdə nüvə anlaşması haqda ixtilaflar artıb

Ağ Evdə Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda ixtilafların artması ilə Senatın Xarici Əlaqələr Komitəsinin sədri nüvə anlaşmasını dəstəkləməkdə suçlanıb.

İRNA-nın məlumatına görə, Ağ Ev sözçüsü Sara Sanders ABŞ prezidenti Donald Tramp ilə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker arasında söz atışmasının davam etməsi ilə açıq-aşkar şəkildə nüvə anlaşmasına qarşı çıxan bu senatoru nüvə anlaşmasının qələbə qazanmasının səbəbkarı və bu anlaşma üçün qırmızı xalça sərən şəxs adlandırıb. 

Bob Korker ötən gün deyib: Tramp məsuliyyətsiz strategiyaları ilə özünü III Dünya Müharibəsinə doğru sürükləyir. Tramp da bu tənqidlərə cavabda Korkeri İran və dünya ölkələri arasında nüvə anlaşmasının qalib gəlməsinin səbəbkarlarından biri olmaqda suçlayıb. 

Sara Sanders də deyib: Korker Barak Obamanın prezidentliyi dövründə ABŞ Konqresi Demokratların rəhbəri Nansi Plusi ilə bu haqda əməkdaşlıq edirmiş. Əslində o bu anlaşmaya daxil olmaq üçün qırmızı xalça sərən şəxsdir. 

Teqlər