Rohinca müsəlmanlarının ağır vəziyyəti haqda xəbərdarlıq edildi
Okt 11, 2017 18:11 Asia/Baku
Banqladeş xarici işlər naziri Myanmada rohinca müsəlmanlarının ağır vəziyyəti haqda xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, Mahmud Əli çərşənbə günü Myanmada Rohinca müsəlmanlarının acınacaqlı şəraitinə toxunub: Rohinca müsəlmanlarının vəziyyəti artıq Myanmanın daxili məsələsi deyildir və regional faciəyə çevrilmişdir.
Banqladeş xarici işlər naziri həmçinin Myanma müsəlman didərginlərinin acınacaqlı vəziyyəti haqda xəbərdarlıq edib: Rohinca böhranının əsas həll yolu Myanmanın daxilindədir.