Lavrov: Hamı İran kimi nüvə anlaşmasına sadiq qalmalıdır
https://azeri.sahartv.ir/news/dünya-i285037-lavrov_hamı_İran_kimi_nüvə_anlaşmasına_sadiq_qalmalıdır
Rusiya xarici işlər naziri İran İslam Respublikasının nüvə anlaşmasına tam sadiq olduğunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2017 07:55 Asia/Baku
  • Lavrov: Hamı İran kimi nüvə anlaşmasına sadiq qalmalıdır

Rusiya xarici işlər naziri İran İslam Respublikasının nüvə anlaşmasına tam sadiq olduğunu vurğulayıb.

Sergey Lavrov cümə axşamı ABŞ prezidenti Donald Trampın nüvə anlaşması ilə bağlı çıxışından öncə ABŞ dövlət katibi Reks Tillerson ilə telefon söhbətində deyib: Bütün tərəflər İran kimi nüvə anlaşmasına sadiq qalmalıdırlar. 

Ağ Ev cümə axşamı bir məlumat yayaraq, prezident Trampın cümə günü nüvə anlaşması barədə çıxış edəcəyini bildirib.