Putin: Yaxın Şərqdəki destabillik bəzi qüdrətlərin mənafeyindən qaynaqlanır
Rusiya prezidenti Yaxın Şərqdəki hazırkı durumun, bəzi qüdrətlərin bu məntəqədki olayları öz mənafeləri istiqamətində irəlilətməyə səy göstərmələrindən qaynaqlandığını bildirib.
Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün deyib: Bəzi qüdrətlər çevriliş və birbaşa hərbi qüvvədən istifadə etməklə Yaxın Şərqin olaylarını öz mənafeləri istiqamətində idarə etməyə çalışırlar.
Rusiya prezidenti əlavə edib: Hazırda da bəzi ölkələr terrorizmlə mübarizə yerinə Yaxın Şərqin iğtişaş və destabilliyini daimi məsələyə çevirməyə çalışırlar.
Putin bildirib: Bu arada, Rusiya Suriyanın qanuni dövləti və regionun bir neçə ölkəsi ilə birlikdə və beynəlxalq qanunlara əsasən terrorçularla savaşan ölkə idi.
Rusiya prezidenti sonra Koreya yarımadası böhranına da münasibət bildirib: Bu böhran dinc yolla həll edilməlidir.