Okt 22, 2017 10:36 Asia/Baku
  • MKİ rəisi və Ağ Evin təhlükəsizlik müşaviri: Bütün yollar İranın üzünə bağlanmalıdır
    MKİ rəisi və Ağ Evin təhlükəsizlik müşaviri: Bütün yollar İranın üzünə bağlanmalıdır

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi və Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri İran İslam Respublikası əleyhinə bütün imkanlardan istifadə olunmasını bildirib və deyiblər: Bütün mümkün yollar İranın üzünə bağlanmalıdır.

İRİB-in məlumatına görə, İran əleyhinə təzyiqlərin gücləndirilməsinin araşdırılması məqsədilə keçirilən "Demokratiyanı müdafiə" institutunun iclasında Mayk Pompeo iddia edib ki, İran İslam Respublikası raket və kiber proqramları,  həmçinin Livan Hizbullahını dəstəkləməklə ABŞ-ın Yaxın Şərqdəki mənafeyini hədələyir. 

MKİ rəisi İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasının qeyd olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 8 hesabatına diqqət yetirmədən İran və nüvə anlaşması əleyhinə Trampın yeni strategiyasını dəstəkləyib və deyib: Amerikanın görəcəyi iş budur ki, İranın nüvə potensiallarını əldə etmək üçün heç bir yolunun olmamasından arxayın olsun. 

Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Raymond Mak Master də bu iclasda ABŞ-ın dünyada, xüsusilə də Yaxın Şərqdə yüzlərlə hərbi bazasının olduğuna toxunmadan deyib: Trampın yeni strategiyası ilə ABŞ İranın Yaxın şərqdəki nüfuzuna mane olacaq. 

Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri həmçinin deyib: ABŞ İslam İnqilabı Keşikçilər Korpusu Sepaha sanksiyalar tətbiq etməklə, ABŞ-ın regiondakı müttəfiqləri, xüsusilə də İsrail və Ərəbistanı dəstəkləmək ardıncadır.

İslam İnqilabı Keşikçilər Korpusu Sepah İraq və Suriya dövlətlərinin rəsmi müraciəti ilə bu ölkələrdə terror qruplaşmaları ilə mübarizə üçün hərbi məsləhətlər vermişdir. Lakin bu hərəkət Tramp və müttəfiqlərinə heç də xoş gəlməmişdir. 

Teqlər