Britaniya ərəb ölkələrinə silah satmaq üçün fənd işlədir
The Guardian qəzeti bir məqalədə yazıb: Britaniya hökuməti Fars körfəzinin ərəb ölkələrinə silah satmaq üçün hərbi fəndlərdən istifadə etməkdə suçlanıb.
Londonda çıxan qəzetin yazdığına görə, Britaniyanın Beynəlxalq Ticarət İdarəsi Fars körfəzinin ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanına silah satışının həcmini artırmaq üçün proqram tənzimləyib. Halbuki Səudiyyə Ərəbistanının Yəməndə insan haqlarını pozmasına dair çoxsaylı hesabatlar yayımlanmışdır.
Məlumata görə, Britaniyanın Beynəlxalq Ticarət İdarəsi bu ölkə hərbçiləri ilə əməkdaşlıq edərək bu il dünyanın müxtəlif bölgələrində Britaniya silahlarının sərgilənməsi üçün 10 sərgi təşkil edib.
Britaniya Beynəlxalq Ticarət İdarəsinin bu ölkə hərbçilərinin əməkdaşlığı ilə sərgilədiyi silahlardan biri "Alov tufanı" adlı nişanalma sistemidir. Halbuki bu silah Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən Yəməndə hava hücumlarında istifadə olunur.