ABŞ konqresində Rusiya bayrağını Trampa tərəf tullayıblar
-
ABŞ konqresində Rusiya bayrağını Trampa tərəf tullayıblar
ABŞ prezidenti bu ölkə konqresində olarkən Rusiya bayrağının ona tərəf atılması ilə üzləşib.
Vergilərin azaldılması barədə vahid nəticənin əldə olunması məqsədilə bir qrup respublikaçı senator ilə iclas keçirən Amerika prezidenti Donald Tramp konqres binasının dəhlizlərindən birindən keçərkən iştirakçılardan birinin reaksiyası ilə üzləşib.
Amerika medialarının "Amerikalılar meydana girirlər" adlı qrupun üzvü və Brayan Kliton adlandırdıqları həmin şəxs bir neçə Rusiya bayrağını Amerika prezidentinə ataraq, onu "xain" adlandırıb.
Dərhal təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan Kliton Trampa xitabən deyib: Xəyanət barədə söhbət etməli olduğunuz bir halda, necə vergiləri azaltmaq istəyirsiniz.
Donald Tramp konqresə nəzarəti əllərində saxlayan öz partiya yoldaşlarından istəyibdir ki, cari milad ilinin sonunadək şirkətlərin gəlirlərinə vergilərin azaldılması qanununu təsdiq etsinlər.