Ruhinqa didərginləri böhranının genişliyi Qızıl Xaç-ı təəccübləndirdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibi deyib ki, Ruhinqa didərginlərinin Banqladeşin Kotopalonq düşərgəsindəki böhranının genişliyi Qızıl Xaç-ı son dərəcə qəhərləndiribdir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibi deyib ki, Ruhinqa didərginlərinin Banqladeşin Kotopalonq düşərgəsindəki böhranının genişliyi onu son dərəcə qəhərləndiribdir.
Əlhac As Si deyib: Didərginlər hər şeyə, o sıradan sığınacaq, su, sanitariya və müalicəyə ehtiyaclıdırlar və bunlardan daha mühümü budur ki, onların şəni qorunmalıdır.
O, sonra deyib: Yardım agentlikləri bu böhranla mübarizə üçün daha artıq və daha sürətli səy göstərməlidirlər.
Pis qidalanma, sanitariya və ümumi ayaqyolunun olmaması, həmçinin xəstəxana çarpayılarının çatışmazlığı o həddədir ki, yardımçılar didərginlərin sanitariya problemləri haqda xəbərdarlıq ediblər.
Banqladeş düşərgələrindəki Ruhinqa didərginlərinin sayı son həftələrdə 800 mindən yuxarı həddə çatıbdır.
Myanma dövlətinin Ruhinqa müsəlmanlarına qarşı geniş hərbi əməliyyatından sonra Ruhinqa əhalisindən 600 min nəfərə yaxın insan öz yaşayış məkanından qaçıbdır.
Ruhinqa didərginlərinin müalicəsi üzrə məsul həkimlərdən biri belə deyib: Biz 1478 xəstəni müalicə etmişik; əlbəttə, onların hamısı xəstə deyildi, amma onların bir çoxunun problemi olubdur. İndiyə kimi on səkkiz xəstənin üzərində cərrahiyyə əməliyyatı aparmışıq. Əməliyyat olunmuş xəstələrin bir çoxunun problemi ciddi olubdur.
Əlhac As Si deyib: Bəli, təəccübləndirici haldır; məncə, bir çox şəxsin ciddi köməyə ehtiyacı var. Hər şeyə ehtiyacları var; sığınacağa, suya, sanitariyaya, müalicəyə, qidaya və hamısından mühümü budur ki, onların şəni qorunmalıdır. Şahidi olduğumuz məsələ, onların ehtiyaclarının cavablandırılması və səylərin qiymətləndirilməsini tələb edir; eyni zamanda, problemlər aşkar edilməlidir.