Okt 27, 2017 16:32 Asia/Baku
  • İtaliyada nəqliyyat işçiləri tətil keçiriblər
    İtaliyada nəqliyyat işçiləri tətil keçiriblər

İtaliyada ümumi nəqliyyat bölməsi işçilərinin ümumölkə tətili bu ölkənin böyük şəhərlərini, o sıradan Romanı hərc-mərcliyə düçar edib.

Həmkarlar ittifaqlarının çağırışlarının ardınca avtobus, tramvay, metro, təyyarə və qatara şamil olan ümumi nəqliyyat bölməsinin işçiləri yerli vaxtla bu gün səhər saat doqquzdan etibarən bütün İtaliyada dörd saat müddətinə işdən əl çəkiblər ki, bu da hərc-mərcliyə, maşınların hərəkətinin iflic olmasına, minlərlə müsafir və turistin sərgərdan qalmasına bais olubdur.

"Sgb", "Cub", "UsI Cobas", " Ait Usi" və "Caobas Slai" birliklərinin çağırışları ilə keçirilən bu günkü tətil dayanacaqlarda uzun növbələrə və maşınların hərəkətinin iflic olmasına səbəb olub, zira müsafirlərin bir çoxu bu tətil barədə xəbərsiz idi.

Həmkarlar ittifaqları bu tətilin keçirilməsində məqsədi, bu sektorların özəlləşdirilməsi layihəsinə etiraz və əmək şəraitinin yaxşılaşdırılması adlandırıblar.

İtaliyanın paytaxtı Romada şəhər sərnişinlərinin 75 faizi şəhər avtobusu və qatarından istifadə edir.

Teqlər