Okt 28, 2017 09:15 Asia/Baku
  • BMT-nin etirafı
    BMT-nin etirafı

BMT müfəttişləri Banqladeşə ilk səfərlərindən sonra Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlarını ifşa ediblər.

İndoneziyanın keçmiş prokuroru Marzuki Darusmanın başçılıq etdiyi bu müfəttişlər qrupu bu haqda bildiriblər ki, Myanma ordusunun repressiyalarının qurbanlarının sayı naməlumdur və ola bilsin, elan edilmiş rəqəmlərdən olduqca yuxarı olmuş olsun.

Darusman deyib: Biz Raxin əyalətindəki kəndlərin sakinlərinin bir çoxundan bu mövzuları eşitmişik. Onlar insan haqlarının aşkar şəkildə pozulması ilə nəticələnən mütəşəkkil cinayətlərə toxunurlar.

Ötən iki ayda 600 mindən çox ruhinqalı Banqladeşə qaçıb.

Bu müddətdə həmçinin azı altı min müsəlman öldürülüb, səkkiz min nəfər də yaralanıbdır. Myanma dövlətinin baş müşaviri və xarici işlər naziri Anq San Suçi üstüörtülü surətdə bu məsələni qəbul edibdir.

Myanma dövləti Ruhinqa müsəlmanlarını bu ölkənin vətəndaşları kimi tanımır. 

Teqlər