Bomba təhdidi ilə Moskvada 4 ticarət mərkəzi boşaldılıb
https://azeri.sahartv.ir/news/dünya-i285856-bomba_təhdidi_ilə_moskvada_4_ticarət_mərkəzi_boşaldılıb
Yerli mənbələr bildiriblər ki, Moskvada dörd ticarət mərkəzi onlarda partlayıcı maddələrin olmasına dair xəbərlərin yayılmasından sonra boşaldılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 07:24 Asia/Baku
  • Bomba təhdidi ilə Moskvada 4 ticarət mərkəzi boşaldılıb
    Bomba təhdidi ilə Moskvada 4 ticarət mərkəzi boşaldılıb

Yerli mənbələr bildiriblər ki, Moskvada dörd ticarət mərkəzi onlarda partlayıcı maddələrin olmasına dair xəbərlərin yayılmasından sonra boşaldılıb.

Rusiyanın təhlükəsizlik qüvvələri Moskvadakı dörd ticarət mərkəzində partlayıcı maddələrin olmasına dair xəbərləri aldıqdan sonra həmin məkanlara gəliblər.

Məlumatlı bir mənbə deyibdir ki, bu mərkəzlər təhdidlə dolu telefon zənglərindən sonra boşaldılıblar.

Rusiyada telefon hədələri dalğası sentyabr ayında başlanıb və bunun ardınca Moskva daxil olmaqla müxtəlif şəhərlərdəki izdihamlı mərkəzlərdən 650 minə yaxın insan boşaldılıbdır.